İran: Nüvə alimlərimizə qarşı qətllər cəzasız qalmayacaq

İran: Nüvə alimlərimizə qarşı qətllər cəzasız qalmayacaq

İranlı nüvə alimlərinin qətlə yetirilməsi ilə bağlı cinayətlər insan haqlarının ən kobud pozuntusu misallarından biridir.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin və İranın insan haqları üzrə rəsmisi Kazım Qəribabadi bildirib.

“Bu gün mənim ölkəmin qəhrəmanlarından biri - alim, doktor Mustafa Əhmədinin şəhadətinin 10-cu ilidir. O, dinc nüvə biliklərinin inkişaf və lokallaşdırılmasında yorulmaq bilmədən çalışan mücahid idi”, - deyə o qeyd edib.

Qəribabadi əlavə edib ki, bu cinayət cəzasız qalmayacaq.

Xatırladaq ki, doktor Əhmədi 2012-ci ildə Əllamə Təbatəbai universitetinin önündə qətlə yetirilib.

Xəbəri paylaş

VİDEOLAR