İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavininin müavini Rza Nəcəfinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavininin müavini Rza Nəcəfinin başçılıq etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının yüksək səviyyəli ekspertlərinin iclasında iştirak etmək üçün dünən Azərbaycana gəlib.
Qoşulmama Hərəkatının baş ekspertlərinin bu gündən başlayacaq iclası iki gün davam edəcək.
Qeyd edək ki, bu həftənin çərşənbə və cümə axşamı Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü də keçiriləcək.