Atom Enerjisi Təşkilatının rəhbəri Nətənz nüvə təsisatının elektrik şəbəkəsinə qarşı əməliyyatı İranın sənaye və siyasi tərəqqisinə qarşı olan müxaliflərin nüvə sənayesinin əhəmiyyətli inkişafının qarşısını almaq üçün uğursuzluğunun bir əlaməti adlandırıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bazar günü Əli Əkbər Salehi Nətənz nüvə təsisatının elektrik şəbəkəsində baş verən hadisəyə cavab olaraq deyib: " Nətənz nüvə təsisatının elektrik şəbəkəsinə qarşı edilən əməliyyat, sənaye inkişafının müxaliflərinin, zalımcasına sanksiyaların qaldırılmasında siyasi irəliləyiş və müvəffəq müzakirələrə qarşı uğursuzluqlarının nişanəsidir."
"Milli Nüvə Texnologiyası Günündə İranın gənc və çalışqan alimlərinin nailiyyətləri nümayiş etdirildi və eyni zamanda, sanksiyaların ləğvi perspektivi olduqca aydın oldu., -deyə o bildirib.
Salehi daha sonra deyib: "İran İslam Respublikası bu iyrənc hərəkəti qınayır və beynəlxalq aləmdən həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyindən bu nüvə terrorizmi ilə mübarizə etməsinin vacibliyini vurğulayaraq cinayətkarlara, qarşı öz tədbir hüququnu qoruyur ."
İran Atom Enerjisi Təşkilatının sədri, "Bu terror hərəkatının hədəflərinin qarşısını almaq üçün, İran İslam Respublikası bir tərəfdən nüvə texnologiyasının inkişafını ciddi şəkildə davam etdirəcək və digər tərəfdən zülmkar sanksiyaları ləğv etməyə çalışacaq", - deyə əlavə edib.