İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib

İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib

İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Məsləhət Şurasının üzvlərinin yeni dövr üçün səlahiyyət müddətini təsdiqləyib.

Az.rasthaber.com xəbər verir ki, İran rəhbərinin sərəncamına əsasən, Sadek Ərdəşir Amoli Laricani yenidən şuraya sədr təyin olunub.

Qeyd edək ki, Amoli Laricani 1960-cı ildə İraqın Nəcəf şəhərində anadan olub. O, 2018-ci ildən Məsləhət Şurasına sədrlik edir.

A.Laricani 2009-2019-cu illərdə məhkəmə sisteminin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Məsləhət Şurası 1989-cu ildə yaradılıb. Şura parlamentlə Konstitusiyaya Nəzarət Şurası arasında mübahisə və münaqişələri tənzimləyir. Bu məsləhətçi orqanın 28 üzvü var. Şuraya 1989-cu il oktyabrın 4-dən 2017-ci il yanvarın 8-dək keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəcani başçılıq edib.

Xəbəri paylaş

VİDEOLAR