İran məktəblərində təhsil müvəqqəti dayandırıldı - SƏBƏB

İran məktəblərində təhsil müvəqqəti dayandırıldı - SƏBƏB

İranın Tehran, İsfahan və Elborz şəhərlərində havanın çirklənməsi səbəbindən məktəbdə təhsil müvəqqəti olaraq ləğv edilib.

Az.rasthaber.com xəbər verir ki, ibtidai, orta və lisey səviyyələrində tədris onlayn rejimdə aparılacaq.

  İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, məsələ ilə bağlı Tehran valiliyinin müavini Mir Məhəmməd Qaravi açıqlama verərək bildirib: “Havanın çirklənməsinin artması ilə əlaqədar Tehranın Firuzkuh rayonundan başqa, bütün məktəblərdə dərslər onlayn rejimdə davam edəcək”.

  Tehran Havanın Çirklənməsi Fövqəladə Komitəsinin qərarına əsasən, dizel yanacağı ilə işləyən ağır avtomobillər gecə saatlarında şəhər mərkəzinə daxil ola bilməyəcək və 6 dekabra qədər digər avtomobillər üçün tək və cüt nömrə nişanları tətbiq olunacaq.

  Digər tərəfdən, ölkə mətbuatında yazılana görə, Elborz rayonunun Taleqan şəhərindən başqa, İsfahanın 6 qəsəbəsi ilə Fəlafərcan, Pirbəkran, Nəcəfabad, Xomeynişəhr, Şahinşəhr, Bərhar, Mubareke, Zerrinşəhr, Fuladşehrdə hava çirkliliyi səbəbiylə ibtidai, orta və lisey səviyyəsində təhsil onlayn olaraq keçiriləcək.

  İsfahandakı universitetlərdə isə üzbəüz təhsil davam edəcək.

Xəbəri paylaş

VİDEOLAR