İran Milli Təhlükəsizlik Şurasının katibi İraqa səfər edəcək

İran Milli Təhlükəsizlik Şurasının katibi İraqa səfər edəcək

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani yaxın vaxtlarda İraqa səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, Nour News saytı Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin yaxın vaxtlarda İraqa səfər edəcəyini bildirib.

Xəbərdə Şəmxaninin Çin və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərindən sonra İranın ən mühüm ticarət tərəfdaşının İraq olacağı qeyd edilib.

İraqın təhlükəsizlik mənbəsi Middle East News-a bildirib ki, Əli Şamxani İraqla mühüm təhlükəsizlik sazişi imzalamaq üçün gələn həftə Bağdada səfər edəcək.

İraq mediası 5-ci Bağdad Konfransının gələn həftə BƏƏ, Türkiyə, İran, Suriya, Qətər, Səudiyyə Ərəbistanı və İordaniyanın təhlükəsizlik rəsmilərinin iştirakı ilə Bağdadda keçiriləcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR