Tehran məhkəməsi 2017-ci ildə DEAŞ terror təşkilatının hücumları nəticəsində dəyən ziyana görə ABŞ-ın İrana 313 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə ABŞ-ı terror qrupları yaratmaqda və idarə etmək günahlandırıb.
Tehran məhkəməsinin qərarına əsasən, ABŞ terror hücumları nəticəsində ölənlərin ailə üzvlərinə 9 milyon 950 min dollar verməlidir. Vaşinqton İran dövlətinə mənəvi zərərə görə 104 milyon dollar, maddi zərərə görə 199 milyon dollar təzminat ödəməlidir.
Qeyd edək ki, 2017-ci il iyunun 7-də İranda mərhum ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər həyatını itirib, 43 nəfər yaralanıb. Bu hadisəyə görə DEAŞ terror qrupu məsuliyyəti öz üzərinə götürüb.