“Ağır İntiqam” cavab planı İran Parlamentinin millət vəkilləri tərəfindən səsvermə ilə qəbul olunub.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, ABŞ-ın İran İnqilabı Keşikçilər Korpusunun “Qüds” briqadasının komandiri şəhid general Qasim Süleymaniyə edilmiş terror aktına qarşı “Ağır İntiqam” cavab planı İran Parlamentinin millət vəkilləri tərəfindən səsvermə ilə qəbul olunub.
ABŞ-ın İran İnqilab Keşikçilər Korpusunu “terror təşkilatı” olaraq elan etməsinə də cavab olaraq cavab tədbirlər planı aşağıdakı çəkildədir:
1. ABŞ Qüvvələr Komandanlığı Mərkəzi (CENTCOM) və buna bağlı bütün təşkilatlarla birliklə terrorçu tanınaraq İran İslam İnqilabı Keşikçilərinə qarşı hər bir dəstək terror addımı olaraq qəbul edilir
2. İran İslam Respublikası Təhlükəsizlik Şurası qərarları çərçivəsində ölkənin mənfəətlərini zədələyən ABŞ-ın terror addımlarına cavab verilməlidir
3. İran İslam Respublikası və Silahlı Qüvvələri ABŞ-ın İranın maraqlarına qarşı imkan istifadə etməsinin qarşısını almaq üçün tədbirlər görməlidir
4. İran Təhlükəsizlik Nazirliyi ABŞ Qüvvələr Komandanlığı Mərkəzi (CENTCOM) və buna bağlı bütün təşkilatların komandanlarının siyahısını təqdim etməlidir
5. İran İslam Respublikasının İnqilab Keşikçilərilə işbirliyi edən və beləliklə zərər görən bütün fiziki və hüquqi şəxslərə qanuni olaraq dəstək verilməlidir
6. İran Xarici İşlər Nazirliyi digər qurumların əməkdaşlığı ilə bölgədəki ABŞ bazalarını bağlamaq, ABŞ-lıların bölgədəki digər ölkələrin bazalarından və digər imkanlarından yararlanmasına son verməyə çalışmalıdır
7. İran, ABŞ-ın İnqilab Keşikçilərini terrorçu olaraq elan etməsi qərarını müdafiə edən bütün ölkələrə qarşı addım atıla bilər
8. ABŞ qərarını müdafiə edərək İnqilab Keşikçilərinə xidmət etməkdən imtina edən fiziki və hüquqi şəxslər cəzalanmalıdır
9. İran ABŞ-ın İnqilan Keşikçilərinə qarşı qərarına etiraz edərək beynəlxalq qurumlardakı iclaslarda iştirak edərək İranın müdafiə qurumlarının suverenliyini pozan ABŞ qərarını poza bilər
10. İran Plan və Büdcə Komissiyası bu qanunun həyata keçirilməsi üçün hər il lazım olan maliyyəni təqdim etməlidir
11. Dövlət məclisdə incələməsi üçün hər dörd aydan bir Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasına performans hesabatı təqdim etməlidir
12. İran Təhlükəsizlik Nazirliyi qərara qatılanların siyahısını saxlamalıdır
13. Silahlı Qüvvələrin bütün vəzifələri, Qərargah İdarəsinin təlimatı ilə həyata keçirilməlidir
14. Bu qərar səsvermə ilə qəbul edildiyi gündən qüvvəyə minir