İran London və müttəfiqlərinin əksinə olaraq, bütün nüvə silahlarının məhv edilməli olduğuna inanır

İran London və müttəfiqlərinin əksinə olaraq, bütün nüvə silahlarının məhv edilməli olduğuna inanır

İran İslam Respublikasının xarici işlər naziri, İngiltərənin baş naziri Boris Consonun İranın sülhməramlı nüvə proqramı ilə bağlı narahatlıq ifadə etməsinə reaksiyada, qeyd edib ki, İran London və müttəfiqlərinin əksinə olaraq, bütün nüvə və kütləvi qırğın silahlarının məhv edilməli olduğuna inanır"

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran XİN başçısı  Məhəmməd Cavad Zərif öz Tvitter hesabında bu haqda yazıb.

"Britaniyanın baş naziri Boris Conson tam ikiüzlülüklə ölkəsinin nüvə cəbbəxanalarını artıracağını açıqladığı gün İranın nüvə silahı əldə etməsindən narahatlıq ifadə edir", - deyə Zərif qeyd edib.

Rəsmi London çərşənbə axşamı günü nüvə cəbbəxanalarını artıracağını açıqlayıb.

Hazırda Britaniya təxminən 195 nüvə başlığına malikdir. Britaniya elə bir halda nüvə arsenalını genişləndirməyi planlaşdırır ki, 2015-ci ildə Strateji Müdafiə icmalında ümumi nüvə silahı ehtiyatını təxminən 180 başlığa endirəcəyinə söz verib.

Xəbəri paylaş

VİDEOLAR