İran Kovopars vaksininin iri həcmdə istehsalına start verir

İran Kovopars vaksininin iri həcmdə istehsalına start verir

Məhəmməd Hüseyn Fəllah ISNA ilə müsahibədə "Kovopars" vaksininin klinik sınağının həyata keçirilməsi prosesindən danışıb.

Rasthaber İran mediasına istinadən xəbərinə görə, Məhəmməd Hüseyn Fəllah deyib ki, 2021-ci ilin avqust ayından vaksinin iri həcmdə istehsalı planlaşdırılıb.

"Təhlükəsizlik baxımından da vaksin vurdurmuş şəxslər indiyədək problemə düçar olmayıblar və şərait yaxşı şəkildə irəliləməkdədir.", -deyə o əlavə edib.

Vaksin və serumqayırma üzrə Razi araşdırma müəssisəsinin sədr müavini həmçinin deyib ki, ikinci etapda 500 nəfər üzərində klinik sınaq həyata keçirilməlidir.

Fəllah vurğulayıb ki, Razi institutunun korona vaksini üç dozada işlənib hazırlanıbdır ki, onun iki ilk dozası əzələ, üçüncü dozası isə tənəffüs vasitəsilə aşılanır.

Xəbəri paylaş

VİDEOLAR