İran kosmosa 3 peyk göndərdi

İran kosmosa 3 peyk göndərdi

İranın “Simurq-3” daşıyıcı raketi 3 araşdırma peykini uğurlu şəkildə kosmosa çıxarıb.

Az.rasthaber.com “ParsToday”-a istinadən xəbər verir ki, İran Müdafiə Nazirliyinin rəsmisi Seyid Əhməd Hüseyni deyib ki, “Səfir” və “Qasid” daşıyıcı raketlərinin orbitə kiçik həcmli peyklər çıxarmasından sonra 3 peyklə bağlı proqramın üzərində işlənilib.

“Simurq” barədə danışan Hüseyni bildirib ki, “buraxılış zamanı kosmik bazanın bütün komponentləri və daşıyıcı raketik bütün mərhələləri işlək halda olub və bu buraxılışın təyin edilmiş araşdırma məqsədlərinə nail olunub”.

Bu kosmik araşdırma missiyası çərçivəsində eyni zamanda 4 araşdırma yükü 7350 m/s sürətlə 470 km hündürlüyə buraxılıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, İranın “Simurq” daşıyıcı raketi 500 km-lik orbitə 250 kq-dək olan peykləri çatdırmaq qabiliyyətindədir.

Xəbəri paylaş

VİDEOLAR