İran koronavirusa qarşı vaksin istehsal edən 7 ölkədən biridir

İran koronavirusa qarşı vaksin istehsal edən 7 ölkədən biridir

Nyu-York Tayms qəzeti də bu haqda reportaj hazırlayıb

"İran artıq 1 milyon doza “Kov İran Barakat” peyvəndi istehsal edib və cari ilin sonuna kimi 18 milyon doza peyvənd istehsal edərək əhalini təmin edəcək", bu sözləri peyvənd hazırlaması ilə məşğul olan alimlərdən ibarət elmi-tədqiqat qrupunun üzvü xanim Minə Möhrazi deyib.

Rasthaber Azərbaycan xəbər verir ki, o bildirib ki, İran istehsalı olan peyvənd öz səmərəliliyi ilə seçilir. Onun tətbiqi zamanı xəstənin sağalma ehtimalı çox yüksəkdir. Bu, kliniki sınaqlarda da təsdiq edilib.

  M.Möhrazi nəzərə çatdırıb ki, elmi-tədqiqat qrupu hazırda koronavirusa qarşı yeni peyvəndin hazırlanması üzərində iş aparır. Artıq İran "Covid-19"a qarşı peyvənd istehsal edən 7 ölkədən biridir.

Nyu-York Tayms qəzeti bu barədə yazıb ki,  İranın Razi adına vaksin və serum qayırma üzrə araşdırma müəssisəsi dünyanın 37 üstün şirkətinin kənarında COVID-19-ə qarşı vaksinin klinik sınağının ikinci mərhələsinə daxil olub.

Xəbəri paylaş

VİDEOLAR