İranın Kürdüstan vilayətindəki “Komala” terror qruplaşmasının özəyi aşkarlanıb və üzvləri həbs edilib.
Az.rasthaber.com-un xəbərinə görə, İran Kəşfiyyat Nazirliyindən verilən açıqlamada, Komala terror qruplaşmasının əsas üzvlərinin saxlanıldığı bildirilib.
Açıqlamada bildirilib:
"Keçmişdə terror aktları törədən “Komala” terror qruplaşması son illərdə xüsusi xidmət orqanları tərəfindən gizli fəaliyyətlər həyata keçirərək, mütəşəkkil şəkildə İslam və ölkə əleyhinə təbliğat aparıb. Xaricdən yönləndirilən bu terror mərkəzinin üzvləri Ümumdünya Qüds Günündə müxtəlif təxribatlar törədərək, bu günə kölgə salmaq istəyiblər".