İran Kabildəki partlayışla bağlı Talibana çağırış etdi

İran Kabildəki partlayışla bağlı Talibana çağırış etdi

İran Taliban hökumətindən Kabil məktəblərində törədilən partlayışların səbəbkarlarının tapılması və cəzalandırılmasını istəyib.

Az.rasthaber.com SalamNews-a xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə rəsmi tvitter hesabında yazıb.

O, Kabildə şiələrin yaşadığı kvartallarda iki məktəbdə törədilən terror partlayışlarını kəskin pisləyib və Talibandan səbəbkarların tapılması və cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, bu səhər törədilən partlayışlar nəticəsində azı altı nəfər həlak olmuş və 11 nəfər yaralanmışdır.

Xəbəri paylaş

VİDEOLAR