İran istehsalı olan “Əbu Mehdi əl-Mühəndis” hərbi gəmisi İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general-mayor Hüseyn Səlaminin də qatıldığı mərasimdə “Əbu Mehdi əl-Mühəndis” döyüş gəmisi və gəmi əleyhinə raketlərlə təchiz edilmiş 100 hücum kateri İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
Ölkənin cənubundakı Bəndər Abbas limanında keçirilən təslim mərasimində çıxış edən general-mayor Hüseyn Selami İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin qüvvələrinin yerli sistemlərlə modernləşdirildiyini bildirib.