Bu gün səhər saatlarında İran İsrailin dərinliklərindəki strateji hədəflərini vurub.
Az.rasthaber.com xəbər verir ki, raket əməliyyatı çərçivəsində İsrail mediası, İran raketlərinin işğal altındakı ərazilərin cənubunda yerləşən Neqev (Nakab) bölgəsinə düşdüyünü və burada yanğına səbəb olduğunu bildirib.
Əməliyyat, Tel-Əviv və Hayfa kimi əsas şəhərlərin hədəf alınacağının düşünüldüyü bir zamanda həyata keçirilib. Bu hücumun ardından Tel-Əviv, Neqevəb və Beerşeba daxil olmaqla, işğal altındakı Fələstinin müxtəlif bölgələrində həyəcan siqnalları səslənib.
İsrailin xəbərlərinə əsasən, Neqevdə yerləşən Navatim hava bazasında da xəbərdarlıq siqnalı aktivləşdirilib. Eyni zamanda, Beerşeba şəhərinə düşən bir İran raketi burada yanğın törədib.
İsrailin Kanal 12 televiziya kanalı və Yisrael Hayom xəbər platforması, Neqəbdə baş verən yanğını təsdiqləsə də, işğal altındakı ərazilərdə tətbiq edilən senzura səbəbindən yanğın görüntüləri yayımlanmayıb.