İran İsrailin Məscidül-Əqsaya basqınını pisləyib

İran İsrailin Məscidül-Əqsaya basqınını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani bildirib ki, sionist rejim Qəzza müqaviməti qarşısında məğlubiyyətlərinə cavab olaraq növbəti dəfə Məscidül-Əqsaya hörmətsizlik edib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani “Twitter” səhifəsində işğalçıların Qüds və Məscidül-Əqsaya qarşı pozuntularına münasibət bildirib.

Kənani paylaşımında bildirib:

"Sionist rejim Məscidül-Əqsaya hörmətsizlik edir və fələstinlilər və müsəlmanların Qəzza müqaviməti qarşısında məğlubiyyətlərinə reaksiya vermək üçün irqçi şüarlar səsləndirir. Bu hərəkətlər pislənir.

Beynəlxalq ictimaiyyət hələ də aparteid sionist rejiminin mahiyyətinə şübhə edirmi?”

İfrat sağçı sionist mühacirlər cümə axşamı günü bayraq yürüşü adı ilə işğal olunmuş Şərqi Qüdsdə Əl-Əqsa məscidinə basqın ediblər.

Xəbəri paylaş

VİDEOLAR