İran İsrailin Məscidül-Əqsada ibadət edənlərə hücumunu pisləyib

İran İsrailin Məscidül-Əqsada ibadət edənlərə hücumunu pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejim qüvvələrinin Məscidül-Əqsada ibadət edənlərə qarşı vəhşicəsinə hücumuna reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Kənani bildirib:

Qəsbkar sionist rejim qüvvələrinin Məscidül-Əqsada namaz qılan fələstinlilərə qarşı vəhşicəsinə hücumu bir daha bütün dünyaya bu rejimin vəhşiliyini və insan haqlarının pozulmasını göstərdi.

Bu cinayət qətiyyətlə pislənir və İslam dünyasının, dünyanın azad insanlarının və müvafiq beynəlxalq təşkilatların dərhal reaksiyasına layiqdir”.

Xəbəri paylaş

VİDEOLAR