İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi İsrailin Beyrutun cənub ətrafına hücumuna Hizbullahın cavabı barədə deyib: Bizim proqnozumuz budur ki, Hizbullah daha çox hədəf və dərinlik seçəcək və öz cavabını hərbi hədəflər və təchizatla məhdudlaşdırmayacaq.
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı nümayəndəliyi cümə günü yerli vaxtla gecə saatlarında İsrailin Beyrutun cənubuna hücumuna Livan Hizbullahının cavabının keyfiyyəti ilə bağlı suallara cavab olaraq deyib: Bu günə qədər Hizbullah və sionist rejim hücumlarında bəzi məsələlərə yazılmamış formada riayət edirdilər. Belə ki, əməliyyatlar sərhəd nöqtələri, dayaz və hərbi hədəflərlə məhdudlaşırdı.
İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi vurğulayıb: Lakin rejimin Beyrutun ətrafına hücumu və yaşayış binasını hədəfə alması bu yanaşmanı pozmaq idi. Bizim proqnozumuz budur ki, Hizbullah əvvəla, öz cavabında daha çox hədəf və dərinlik seçəcək, ikincisi, cavabını hərbi hədəflər və təchizatla məhdudlaşdırmayacaq.