İran: İsrail rejiminin “Hələbə” hücumu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır

İran: İsrail rejiminin “Hələbə” hücumu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani “İsrail rejiminin Hələbə hücumu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır” deyib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, İsrail rejiminin Suriyanın Hələb şəhərinə hücumunu qətiyyətlə pisləyib.

Hücum nəticəsində şəhid olanların ailələrinə, Suriya hökumətinə və xalqına başsağlığı verən sözçüsü Kənani deyib:

"Bu hücumlar beynəlxalq hüququn, Suriyanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması, regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir. Beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurası buna qarşı çəkindirici tədbirlər görməlidir və təcavüzkar sionist rejimini məsuliyyətə cəlb etməlidir.".

Kənani, "Bu hücumun terror təşkilatları ilə koordinasiyalı şəkildə həyata keçirilməsi İsrailin terrorçuları dəstəklədiyinin göstəricisidir" deyərək sözlərinə davam edib.

Kənani həmçinin bildirib: "Sionist rejimin bu hücumlarda əsas məqsədi Qəzza müharibəsindəki uğursuzluğunu düzəltməkdir. Bununla mübarizə aparmaq beynəlxalq məsuliyyətdir".

Xəbəri paylaş

VİDEOLAR