İran: İsrailə lazımi yerdə və lazımi zamanda cavab veriləcək!

İran: İsrailə lazımi yerdə və lazımi zamanda cavab veriləcək!

İran hökumətinin sözçüsü sionist rejimin İnqilab Keşikçiləri Ordusunun baş komandanı general Seyid Razi Musəviyə qarşı terror hücumuna münasibət bildirib və bu terror aktına lazımi yerdə və lazımi vaxtda cavab veriləcəyini vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Bahadıri Cehromi bu gün keçirdiyi mətbuat konfransında verdiyi açıqlamada Suriyada yaşayış məntəqəsində törədilən terror aktına münasibət bildirib.

Hökumət sözçüsü Bahadıri Çehromi, “General Seyid Razi Musəvi bu terror aktında şəhid oldu. Bu terror aktına mütləq lazımi zamanda və lazımi yerdə cavab veriləcək. “Sionist rejim və onun havadarları, o cümlədən ABŞ və Böyük Britaniya Qəzza müharibəsindəki tarixi məğlubiyyətlərini ört-basdır edə bilməzlər.

Xəbəri paylaş

VİDEOLAR