Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, İsrail rejimi Vyanadakı danışıqları pozmaq üçün yalandan istifadə edir.
Bu barədə İran XİN rəsmisi Səid Xətibzadə bildirib.
"Danışıqlar masasındakı bütün tərəflər hazırda öz missiyalarını yerinə yetirmək üçün müstəqillik və siyasi iradə sınağından keçirlər", - deyə o qeyd edib
Xətibzadənin sözlərinə görə, danışıqlar uğurun əldə edilməsinin qarşını almağa yönəlmiş saxta xəbərlərin fonunda aparılır.
O deyib ki, İsrailin "həyatı" da məhz bu cür yalanlar və gərginliklərdən asılıdır.