İran: İşğalçılar Suriyanı tərk etməlidir

İran: İşğalçılar Suriyanı tərk etməlidir

rəsmi Dəməşqin icazəsi olmadan Suriya ərazisindəki bütün xarici qüvvələr dərhal və qeyd-şərtsiz Suriyadan çıxarılmalıdır.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi bəyan edib.

O deyib ki, Suriyadakı böhranın hərbi həll yolu yoxdur, yalnız siyasi həll yolu var.

"Suriyanın suverenliyi və ərazi bütövlüyü ya ölkənin bir hissəsinin işğalı nəticəsində, ya da ki, İsrail rejimi və terrorçuların təcavüzü nəticəsində pozulmağa davam edir", - deyə o qeyd edib.

İranlı diplomatın sözlərinə görə, Suriya xalqının işğal, təcavüz və ABŞ və Avropa ölkələri tərəfindən qeyri-qanuni və qeyri-insani sanksiyaların tətbiqi nəticəsindəki problemləri və çəkdiyi əziyyətlər davam edir.

O əlavə edib ki, Suriyadakı böhranın hərbi həll yolu yoxdur və bu problem onun ərazisinin işğalı bitməyincə, suverenlik və ərazi bütövlüyü bərpa edilməyincə bitə bilməz.

Xəbəri paylaş

VİDEOLAR