İran İraqın şimalında kürd terror qruplarının mövqelərini bombalayıb

İran İraqın şimalında kürd terror qruplarının mövqelərini bombalayıb

İnqilab Keşikçiləri Ordusunun Həmzə Seyyid-i Şühəda Qərargahı quru qüvvələri İraqın şimal bölgəsindəki separatçı terrorçuların qərargahını dağıdıcı PUA və raketlərlə hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Birliyindən verilən açıqlamada, bu qüvvələrə bağlı Həmzə Seyyid-i Şühəda Qərargahı İraqın şimal bölgəsindəki separatçı terrorçuların qərargah və mövqelərini dağıdıcı PUA və raketlərlə hədəfə alıb.

İnqilab Mühafizəçiləri tərəfindən verilən açıqlamada, təhlükə faktiki aradan qaldırılana və terror təşkilatlarının qərargahları məhv edilənə qədər əməliyyatlara davam edəcəkləri bildirilib.

İnqilab Keşikçiləri Korpusunun quru qoşunları bölmələri İraqın şimal bölgəsində terror təşkilatlarının son hərəkətlərinə cavab olaraq sentyabrın 24-dən terror təşkilatlarının qərargahlarına qarşı əməliyyat keçirir.

Xəbəri paylaş

VİDEOLAR