İran İraqdakı sülh və sabitliyi dəstəkləyir

İran İraqdakı sülh və sabitliyi dəstəkləyir

Rəsmi Tehran İraqdakı sabitlik və sülhü hər zaman dəstəkləyir.

Bu barədə İran XİN başçısı Əmir Abdullahiyan bildirib.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, o, İraqın keçmiş baş naziri Adil Əbdül Mehdi ilə görüşdə iki ölkəni dost və qardaş ölkələr adlandırıb və deyib ki, iki ölkə arasındakı siyasi, iqtisadi mədəni əlaqələrin imkanları əvvəlkindən də çox inkişaf edə bilər.

İranlı nazir Adil Əbdül Mehdi administrasiyasının ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətindəki işlərinii yüksək qiymətləndirib.

“İran həmişə İraqdakı sülh və sabitliyi və onun regiondakı konstruktiv rolunu dəstəkləyir”, - deyə Abdullahiyan qeyd edib.

Əbdül Mehdi isə, öz növbəsində, iki ölkənin ortaq mədəni əlaqələri iki xalq və ölkənin yaxınlaşması üçün böyük sərvət adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR