İran İraqda törədilən terror aktını pisləyib

İran İraqda törədilən terror aktını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İraqın Kərkük şəhərində törədilən terror aktını pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani dünən İraqın şimalında Kərkükdə bəzi iraqlı polislərin həlak olması ilə nəticələnən terror aktını pisləyərək, İraq hökuməti və millətinə və hücumda həyatını itirən ailələrə başsağlığı verib.

Qeyd edək ki, İraqın şimalında yerləşən Kərkük şəhərində bombalı hücumda İraq federal polis qüvvələrinin 9 nəfəri həlak olub. Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri İŞİD-in Kərkükün cənubunda İraq federal polis qüvvələrinə hücum etdiyini bildirib.

Nuri bildirib ki, şəhərin cənubundakı Ər-Riyad mahalı yaxınlığında İŞİD üzvləri daha əvvəl yola yerləşdirdikləri bombanı federal polis qüvvələrinə məxsus avtomobil keçərkən pultla işə salıblar.

 

Xəbəri paylaş

VİDEOLAR