İran ilə Pakistanın yeni sərhəd qapısı açıldı

İran ilə Pakistanın yeni sərhəd qapısı açıldı

İran İslam Respublikası və Pakistan səlahiyyətlilərinin iştirki ilə bu gün İran-Pakistan 3-cü sərhəd qapısı olan Pişin-Mənd sərhəd qapısının açılışı reallaşıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,İran İslam Respublikası yol və Şəhərsalma naziri Məhəmməd İslami və Pakistan Müdafiə Sənayesi nazirinin iştirakı ilə Pişin-Mənd sərhəd qapısı bu gün rəsmi olaraq açılmışı olub.

İran yol və Şəhərsalma Naziri Məhəmməd İslami, Pişin-Mənd Sərhəd Qapısının açılış mərasimində etdiyi çıxışda, İranın Pakistan ilə əlaqələri və ticari münasibətlərinin inkişafı mövzusunda Xarici işlər nazirliyinin əməkdaşlığı ilə bir neçə təməl  layihə izlədiklərini qeyd edib.

İran yol və Şəhərsalma naziri, bu məzmunda ilk addım olaraq illər sonra Pakistan ilə ikinci sərhəd qapısı olan Rimdan Sərhəd Qapısının açılışını keçən il etdikdən sonra bu il də, Pakistan ilə 3-cü rəsmi sərhəd qapısının açılışını reallaşdırdıqlarını vurğulayıb.

 Pakistan Müdafiə Sənayesi naziri Zübeyde Cəlal Xan da açılış mərasimində etdiyi çıxışda, Pişin-Mənd sərhəd qapısının açılmasını iki ölkə üçün böyük və tarixi bir nailiyyət olduğunu ifadə edərək, bu hadisənin İmran Xan hökumətinin İran ilə əlaqələrə önəm verməsini, yeni sərhəd qapısının İran və Pakistanın ortaq mənfəətini təmin edəcəyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR