İran Hərbi Dəniz Qüvvələri ABŞ sualtı qayığına xəbərdarlıq edib

İran Hərbi Dəniz Qüvvələri ABŞ sualtı qayığına xəbərdarlıq edib

İran Hərbi Dəniz Qüvvələri ABŞ sualtı qayığına xəbərdarlıq edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şahram İraninin sözlərinə görə, Amerika sualtı qayığı İranın ərazi sularına daxil olarkən “Fateh” sualtı qayığının xəbərdarlığından sonra istiqamətini dəyişib.

“ABŞ sualtı qayığı Hörmüz boğazına yaxınlaşarkən İranın ərazi sularına bir qədər yaxın olduğundan yerli sualtı “Fateh” patrulu tərəfindən aşkar edilib və lazımi xəbərdarlıqlar edildikdən sonra suyun səthinə çıxmağa məcbur edilib”, - o vurğulayıb.

Qeyd edək ki, Hörmüz boğazından keçən Amerika sualtı qayığı “Florida” adlı nüvə sualtı qayığı olub.

Xəbəri paylaş

VİDEOLAR