İran: Hər kəs əmin olsun ki, düşməni tutduğu əməldən peşman edəcəyik!

İran: Hər kəs əmin olsun ki, düşməni tutduğu əməldən peşman edəcəyik!

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanının müavini deyib: Hər kəs əmin olsun ki, İnqilab Keşikçiləri elə hərəkət edəcək ki, düşmən etdikləri əməldən peşman olacaq!

Az.rasthaber.com xəbər verir ki, General Əli Fədəvi bazar ertəsi Şəhrekordda Qüds şəhidi Sərdar Məhəmməd Rza (Hac Əli) Zahidinin anım mərasimində deyib: "İnsanlar əmin olmalıdırlar ki, onların SEPAH-dakı övladları elə bir addım atacaqlar ki, düşmən etdiyi əmələ görə peşiman olacaq."

O deyib: "İran bu gün ötən 45 illə müqayisə oluna bilməz. İran mükəmməl çıxış edib, ona görə də hər kəs əmin olmalıdır ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələri bu zaman ən yaxşı şəkildə vəzifəsinə əməl edir".

İnqilab Keşikçiləri Korpusunun baş komandanının müavini təkidlə bildirib ki, İran İsrail, sionist rejimin məhvindən başqa heç nə ilə kifayətlənməyəcək. Allah şeytanların, zalımların və təkəbbürlülərin məhvi üçün konkret tarix və vaxt təyin etməyib. İnsanlar İnqilab Keşikçiləri Korpusundakı övladlarına güvənməlidirlər.

Xəbəri paylaş

VİDEOLAR