İran Hörmüz boğazını bağlaya bilər

İran Hörmüz boğazını bağlaya bilər

İran Hörmüz boğazını qapada bilər.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İslam Respublikasının parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İsmayıl Kövsəri xəbərdarlıq edib.

O, Hörmüz boğazının bağlanılması məsələsinin gözdən keçirildiyini və lazım olacağı halda tərəddüd etmədən bu addımın atılacağını bildirib.

Xatırladaq ki, dünya neftinin 40%-i bu boğazdan keçərək beynəlxalq bazara təqdim edilir.

Kövsəri bəyan edib ki, Qərbin İrana qarşı iqtisadi təzyiqlərə qarşı cavab tədbirlərinin görülə bilər və addımlar qarşı tərəfə “baha başa gələcək”.

Ekspertlərin dəyərləndirmələrinə əsasən, Hörmüz boğazının qapadılması dünya bazarlarına neft tədarükünü kəskin azalda bilər ki, bunun da nəticəsində hazırda 1 bareli 78,5 dollar olan “Brent” markalı neftin qiyməti 250 dollaradək arta bilər.

Həmçinin xatırladaq ki, neft daşıyan gəmilərinin keçdiyi digər boğaz olan Babül-Məndəb boğazı isə yəmənli husilərin (“Ənsarullah” hərəkatı) nəzarətindədir.

Xəbəri paylaş

VİDEOLAR