İran İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri bəyanat yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri bəyanat yayaraq koalisiya gücləri və ABŞ-ın İrana aid heç bir gəmini saxlaya bilməyəcəyini bildirib.
İran İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri bəyanat yayaraq koalisiya gücləri və ABŞ-ın İrana aid heç bir gəmini saxlamağa haqlarının olmadığını qeyd edib.
Bəyanatda “ABŞ və koalisiya gücləri, İran sahilləri, özəl və ticari bölgələrdə İran gəmiləri üzərində heç bir araşdırma, durdurma, saxlama və ya sual vermə haqlarına sahib deyildir. Bu beynəlxalq anlaşmalara ziddir.”, -deyə önə çəkilir.
İran İnqilab Keşikçiləri Korpusu İran gəmilərilə hər hansı bir durdurma və ya saxlama durumu ilə qarşı-qarşıya qalacaqları halda, onlarla əlaqə saxlanılmasını istəyib.