İran Silahlı Qüvvələri ölkə boyu “Qeydiyyat səmasının müdafiəçiləri-1402” adlı birgə hava hücumundan müdafiə təlimi təşkil edəcək.
Az.rasthaber.org xəbər verir ki, təlim İran ordusu birlikləri və İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələrinin iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, “Vilayət səmasının müdafiəçiləri-1401” adlı hava hücumundan müdafiə təlimi ötən ilin fevralında “Ya Əli bin Əbi Talib (ə.s)” kod adı ilə keçirilib.