İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani böyük Fələstin xalqı, Həmas və Fələstin davasını müdafiə edən bütün müqavimət hərəkatlarına Həmas lideri İsmayıl Həniyənin şəhadəti ilə bağlı başsağlığı verib.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Böyük Fələstin xalqına, HƏMAS Hərəkatına, bütün Fələstin müqavimət qruplarına və bütün müqavimət hərəkatlarına, Fələstin davasını müdafiə edən millətlərə və ölkələrə Həmas lideri İsmayıl Həniyənin şəhadəti ilə bağlı başsağlığı verib.
Bu hadisənin ölçüləri və təfərrüatları ilə bağlı İranın müvafiq qurumları tərəfindən araşdırma aparıldığını bildirən Kənani deyib:
“Şübhəsiz ki, Qüdsün azad edilməsi və məzlum Fələstin xalqının sionistlərin pəncəsindən azad edilməsi üçün ömrünü şərəfli mübarizədə keçirən bu yorulmaz şəhidin qanı hədər getməyəcək.”.
Kənani deyib: Qardaşımız Həniyənin Tehranda şəhadəti İran İslam Respublikası ilə sevimli Fələstinimiz arasında müqaviməti və dərin və qırılmaz bağı gücləndirəcək.