Bu barədə İran Xarici İşlər Nazirliyindən bəyan edilib.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, general Qasim Süleymaninin qətli ABŞ prezidenti Donald Trampın birbaşa göstərişi ilə həyata keçirilib.
Qeyd edilib ki, rəsmi Tehran sözügedən cinayətin sponsorlar və icraçılarını məsuliyyətə cəlb edəcək.
"ABŞ-ın eks-prezidentinin birbaşa əmri ilə Qasim Süleymaninin qətli dövlət terrorunun parlaq nümunəsidir və İran İslam Respublikası günahkarları məsuliyyətə cəlb edəcək", - deyə general Süleymaninin şəhadətinin 2-ci ildönümü münasibəti ilə edilmiş bəyanatda bildirilib.