İran Əfqanıstandakı zorakılıqların şiddətlənməsndən nigarandır.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Tehranın Əfqanıstandakı zorakılıqların şiddətlənməsi, həmçinin əhalinin və ev-eşiklərini itirənlərin durumundan nigaran olduğunu deyən İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün səhər cari şəraitin qızğın çağında günahsızların və mülki şəxslərin həyatlarının qorunmasına diqqətin yetirilməsini istəyib.
Səid Xətibzadə taliblərin Herat şəhərinə yiyələnmələrinə əsasən, onların diplomatik məkanların və diplomatların tam sağlamlıqları və təhlükəsizliklərinin təmininə ciddi diqqət yetirmələrinə təkid edib.
İran Xarici İşlər Nazirliyinin İran İslam Respublikasının Heratdakı baş konsulluğu ilə daimi əlaqədə olduğunu bildirən Xətibzadə həmin nümayəndəlikdə yerləşən əməkdaşların sağlamlıq vəziyyətinin izlənilməsindən xəbər verib.
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin Qəzbi Asiya şöbəsinin baş müdiri öz tvitter hesabında yazıb ki, Heratın idarəsi islami əmirliklərin qüvvələrinin ixtiyarına keçib.
İran İslam Respublikasının Heratdakı baş konsulluğunun işçiləri, diplomatlar və baş konsul binanın içindədirlər.
Onlarla daimi surətdə əlaqə saxlayıram- deyən Musəvi bildirib ki, şəhəri idarə edən qüvvələr baş konsulluğun, diplomatların və onun işçilərinin tam təhlükəsizliyini təmin etməyi üzərlərinə götürüblər.
Herat şəhəri və Əfqanıstanın bir neçə vilayəti dünən axşam Taliban qüvvələrinin əlinə keçib.