İran: Fələstin müqavimətini sona qədər dəstəkləyəcəyik!

İran: Fələstin müqavimətini sona qədər dəstəkləyəcəyik!

İran İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami “Biz sona qədər Fələstin müqavimətinin yanında olacağıq” deyib.

Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı, general-mayor Hüseyn Səlami Suriyada terror aktında şəhid olan general Seyid Razi Musəvinin cənazə namazında açıqlamalar verib.

Əl-Əqsa Tufanı əməliyyatını dəyərləndirən general-mayor Səlami, "Bu əməliyyat fələstinlilər tərəfindən hazırlanıb həyata keçirilib və heç bir kənar müdaxilə olmayıb. Əl-Əqsa Tufanı əməliyyatı Fələstin xalqının 75 illik nifrətinin nəticəsidir”.

General-mayor Selami sözlərini belə davam etdirərək, "Ənsarullahın yəmənli kimliyi var, iradəsi və strategiyası var, öz qərarlarını verir, qərarlarının bizimlə heç bir əlaqəsi yoxdur. Hizbullah da eyni şəkildədir. Fələstinlilərin yanında olacağıq. sona qədər müqavimət göstərin”.

Xəbəri paylaş

VİDEOLAR