İran: “Fələstin İslam dünyasının ən strateji məsələsidir”

İran: “Fələstin İslam dünyasının ən strateji məsələsidir”

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, İran İslam dünyasının ən strateji məsələsi olan Fələstin məsələsini dəstəkləməkdə davam edir.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani “Twitter” səhifəsində yazıb.

Kənani paylaşımında belə qeyd edib:

"İran İslam Respublikası İslam dünyasının ən strateji məsələsi kimi Fələstin məsələsini həmişə güclü şəkildə dəstəkləyib və bu məsələnin zalım rejimlər tərəfindən qorxudulmasının və mühüm beynəlxalq prioritetlərdən uzaqlaşdırılmasının qarşısını alıb.

İndi Fələstin xalqı hələ də məzlumdur, lakin güclü və özünü müdafiə etmək iqtidarındadır və müqavimət cəbhəsi əvvəlkindən daha birləşmiş və güclüdür”.

Xəbəri paylaş

VİDEOLAR