İran Fars körfəzində qaçaq neft daşıyan xarici gəmini saxlayıb

İran Fars körfəzində qaçaq neft daşıyan xarici gəmini saxlayıb

İranın Sahil mühafizə xidməti qaçaq neft daşıyan bir xarici gəmini saxlayıb və ekipajını istintaqa cəlb edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Hormuzqan əyalətinin Baş Prokurorluğu bəyanat verib.

Bildirilib ki, ölkənin Hormuzqan əyalətinin Fars Körfəzi sahilində Sahil mühafizə xidməti bir xarici gəmini saxlayıb və burada 550 min litr qaçaq yanacaq aşkarlanıb.

Gəminin yeddi nəfərdən ekipajı saxlanılıb. Gəminin hansı ölkəyə aid olduğu hələ açıqlanmayıb.

Xəbəri paylaş

VİDEOLAR