İran dərmanların 95%-ni özü istehsal edir

İran dərmanların 95%-ni özü istehsal edir

İslam İnqilabının qələbəsindən sonra İran dərman idxalını 95% azaldıb.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Hüseyn Rayətifərd bəyan edib.

"İslam İnqilabınadək İran ölkədə istifadə edilən dərmanların 75%-ni idxal edirdi, lakin indi, əczaçılıq şirkətlərinin araşdırma və istehsal sahələrindəki səylərinin sayəsində, biz ölkədə istifadə edilən dərmanların 95%-ni (özümüz) istehsal edirik", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, İranın düşmənləri koronavirus pandemiyası zamanı da, öz çirkin əməllərindən əl çəkməyərək, lazımi dərmanların ölkəyə idxalına məhdudiyyətlər tətbiq etməyə çalışırdı, lakin iranlı istehsalçıların səylərinin nəticəsində bu məkrli planlar uğursuzluğa düçar oldu.

Xəbəri paylaş

VİDEOLAR