İran İslam Respublikası Ordusunun dəniz qüvvələri Məkran sahillərində və Hind Okeanının şimalında "Dəniz İqtidarı 99" adlı geniş miqyaslı hərbi təlimə start verib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinin "Dəniz İqtidarı 99" adlı hərbi təlimləri "Ya Zəhra (s.ə) kodu ilə bu gün Məkran sahillərində və Hind Okeanının şimalında başlayıb.
Gözlənilmədən baş tutan təlimin ilk mərhələsində Ordunun dəniz qüvvələrinin suüstü, sualtı və aviasiya bölmələri hərbi təlimlərin ümumi məntəqəsinə tərəf yayılıblar ki, sonradan özlərinin ixtisaslaşmış təlim-məşqlərini öncədən təyin olunmuş ssenari əsasında həyata keçirmiş olsunlar.
Dəniz-dəniz tipli dəniz kruz raket növlərinin atılması, ordunun dəniz qüvvələrinin yerli sualtı qayıqlarından torpedanın atılması, sahil və dənizdə xüsusi əməliyyat qruplarının ixtisas təlimləri, həmçinin PUA və radioelektron mübarizə əməliyyatının həyata keçirilməsi də bu təlim-məşqlərin digər bölmələrindəndir.
İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinin 99-cu «Dəniz İqtidarı» hərbi təlimlərinin sözçüsü kontr-admiral Həmzə Əli Kavyani bu hərbi təlimlər barədə belə deyib: Bu təlimlər qəfil formada keçirilir və elan olunmuş zamandan çox qısa bir vaxtın keçməsilə təlimlərdə iştirak edən bölmələr məntəqəyə yayıldılar.