İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Burkina Fasonun şimalında ordu qüvvələrinə qarşı törədilən terror aktını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Burkina-Fasonun şimalında ordu qüvvələrinə qarşı törədilən və onlarla hərbçinin ölümü ilə nəticələnən terror aktını qınayıb.
Kənani hücumda həyatını itirənlərin ailələrinə, Burkina Faso xalqına və hökumətinə başsağlığı verib.
İran sözçüsü həmçinin terrorizm və ekstremizmə qarşı ciddi və effektiv mübarizə aparmaqla dünyanın müxtəlif yerlərində, o cümlədən Qərbi Afrikada sülh və sabitliyin şahidi olmağı arzulayıb.