“İranın 20 faizlik təmizlik səviyyəsinədək çatdırılan zənginləşdilmiş uran ehtiyatı 210 kq-ı keçib”
Az.rasthaber.com “Tasnim”-a istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) mətbuat katibi Bəhruz Kəmalvəndi bildirib.
Onun sözlərinə görə, İranın parlamentinin sanksiyaların ləğvi və milli maraqların müdafiəsinə dair strateji addımları AEOI-ya öz dinc nüvə fəaliyyətini aktivləşdirməyə imkan verib.
“Parlamentin qanununa əsasən, AEOI ildə 20 faizlik zənginləşdirilmiş azı 120 kq uran ishtehsal etməlidir”, - deyə o qeyd edib və hazırda bu ehtiyatların 210 kq-ı keçdiyini əlavə edib.
O deyib ki, ölkəsi hazırda 60 faizədək zənginləşdirilmiş 25 kq uran hazırlayıb və bununla da İran onu hazırlaya bilən azsaylı ölkələr sırasına daxil olub.
Kəmalvəndi bildirib ki, XİN nüvə proqramı üzrə danışıqların aparılmasına görə məsuliyyət daşıyır, AEOI isə yalnız texnoloji məsələlərlə məşğuldur.