İran: Bu ləkə Amerika və İngiltərənin üzündə əbədi olaraq qalacaq

İran: Bu ləkə Amerika və İngiltərənin üzündə əbədi olaraq qalacaq

28 avqust 1332-ci il çevrilişi ilə İranda xalq tərəfindən seçilmiş doktor Müsəddiq hökumətinin devrilməsinin rüsvayçılığı və istibdadın siyasi, təhlükəsizlik və hərbi dəstəyi olacaq, əbədi olaraq ABŞ və Britaniya rejimlərinin alnında qalacaq.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bildirib.

O deyib ki, köləlik, müstəmləkəçilik, dövlət çevrilişləri və digər ölkələrdə hərbi müdaxilələr Amerika və İngiltərənin dünyaya müdaxilələrinin qaranlıq və biabırçı tarixinin yalnız bir hissəsidir.

"Hicri şəmsi təqvimilə 28 mordad 1332-ci (19 avqust 1953) ildə dövlət çevrilişi ilə İranda xalq tərəfindən seçilmiş Doktor Müsəddiq hökumətinin devrilməsinin ləkəsi və zülmə siyasi, təhlükəsizlik və hərbi dəstəyi əbədi olaraq Amerika və İngiltərə rejimlərinin alnında qalacaq", - deyə Kənani qeyd edib.

"Belə bir qara nəticəyə malik olan bu iki ölkə hazırda qondarma və irqçi İsrail rejiminə və Qəzzada törədilən soyqırımlara dəstək verir və eyni zamanda, özlərini insan haqları və demokratiyanın bayraqdarı hesab edirlər!", - deyə o əlav edib.

Xəbəri paylaş

VİDEOLAR