İran Britaniyaya nota verdi

İran Britaniyaya nota verdi

Britaniyanın İran rəsmilərinə qarşı “qeyri-qanuni” sanksiyaları və Britaniya rəsmilərinin “müdaxiləçi” bəyanatlarına cavab olaraq, bu ölkənin Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Az.rasthaber.com xəbər verir ki, İranın etirazı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin “müdaxiləçi” bəyanatlarından və Londonun İrana qarşı tətbiq etdiyi qeyri-qanuni sanksiyalardan sonra səfir Saymon Şerklifin yoxluğunda Xarici İşlər Nazirliyinə çağırılan Britaniyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilinə çatdırılıb.

Britaniya diplomatına ölkəsinin yanaşmasının qəbuledilməz olduğu və İranın bu “dağıdıcı” hərəkətlərə “proporsional və effektiv” cavab verəcəyi də bildirilib.

Görüşdə Britaniya rəsmilərinə də sionist rejim və terror təşkilatlarının məlum tələlərinə düşməmək tövsiyə olunub.

Xəbəri paylaş

VİDEOLAR