İran Boltonun müşavirini qara siyahıya saldı

İran Boltonun müşavirini qara siyahıya saldı

Bu haqda İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Vaşinqton Demokratiyanın Mühafizəsi Fondunun rəsmisi Riçard Holdberqə qarşı şəxsi sanskiya tətbiq edib. Bu haqda İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: “İran XİN Demokratiyanın Mühafizəsi Fondu ilə əlaqəli və Con Boltonun keçmiş müşaviri Riçard Holdberqə qarşı sanksiya tətbiq edir.”

Rəsmi məlumatda qeyd olunur ki, sanksiyalar insan hüquqlarının pozulması və terror aktları ilə mübarizəyə dair qanunun 4 və 5 maddələri əsasında tətbiq olunmaqla həyata keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR