İran, Azərbaycan və Gürcüstan arasında yeni dəhliz aktivləşəcək - Səfir

İran, Azərbaycan və Gürcüstan arasında yeni dəhliz aktivləşəcək - Səfir

Bu həftə İran, Azərbaycan, Gürcüstan, Qara Dəniz və Avropa arasında yeni dəhlizi aktivləşəcək.

Az.rasthaber.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Twitter səhifəsində yazıb.

S.A.Musəvinin sözlərinə görə, bu dəhliz Pakistan, İran, Türkiyə arasında və Şimal-Cənub Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars Körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verildikdən sonra aktivləşəcək.

Qeyd edək ki, İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Fars Körfəzi - Qara Dəniz marşrutunun yaradılması gündəmdədir. Bu marşrut çərçivəsində 22 dekabrda İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən üç ölkənin 144 yük maşını ilə yükdaşıma başlanacaq.

Xəbəri paylaş

VİDEOLAR