İran Almaniyanı Hizbullaha görə qınadı

İran Almaniyanı Hizbullaha görə qınadı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi bu haqda danışıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi  Almaniya hökumətinin Livan Hizbullahını terrorçu adlandırması və müsəlmanların evlərinə basqın etməsini tənqid edib.

İran rəsmi bu addımların sionist rejim və ABŞ-ın istəkləri əsasında atıldığını bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Seyyid Abbas Musəvi Almaniya hökumətinin bu hərəkətini pisləyərək deyib: "Deyəsən, Avropadakı bəzi ölkələr öz mövqelərini Qərbi Asiya bölgəsinin reallıqlarını nəzərə almadan və təkcə sionist rejimin və başını itirmiş Amerika rejiminin təbliğat maşınlarının hədəflərini nəzərə alaraq tuturlar."

Musəvi bildirib ki, Almaniya hökumətinin bu qərarı bu ölkənin Livanın hökuməti və xalqına tam hörmətsizliyindən sonra qəbul ediliib.

"Hizbullah Livanın hökuməti və parlamentinin rəsmi və qanuni bir hissəsidir; daim siyasi bir partiya kimi bu ölkənin siyasi cəhətdən sabitləşdirilməsi meydanında təsirli olub və Livanda və bölgədə geniş xalq dayağına malikdir.", -deyə İran XİN-in sözcüsü əlavə edib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Livan Hizbullahı İŞİD-in kobud terrorizmi ilə mübarizədə də aparıcı yerə malik olub və malikdir.

"Almaniya hökuməti regiondakı əsl terror qrupları ilə mübarizə yerinə, bu cür qərar qəbul etməklə, onun mənfi nəticələrinə görə cavabdeh olmalıdır.", -deyə Musəvi qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR