İran: ABŞ Qəzzada müharibənin bitməsini istəmir

İran: ABŞ Qəzzada müharibənin bitməsini istəmir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-ın Qəzzada atəşkəsin qarşısını almaq cəhdlərini tənqid edib.

Az.rasthaber.com xəbər verir ki, Nasir Kənani bu açıqlamaları verib:

“Son həftələrdə bir çox ölkə Qəzzada atəşkəslə bağlı razılığa gəlib, lakin ABŞ rəhbərliyi müqavimətdən aldığı ağır zərbə səbəbindən müharibənin bitməsinə icazə vermir.

İranın Fələstinə dəstəyi məzlumlara və bəşəriyyətə dəstəkdir. Fələstin xalqının yanında olmağımız açıq-aydın amerikalıları qəzəbləndirdi. Fələstin azad olunana və müstəqil Fələstin dövləti qurulana qədər bu ölkənin məzlum xalqının yanında olacağıq”.

Xəbəri paylaş

VİDEOLAR