İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Təxti Rəvançi bu barədə açıqlama verib
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Təxti Rəvançi BMT baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına bir məktub ünvanlayaraq, ABŞ-ın İraqdakı bazalarına edilən son hücumlarda İranın hər hansı bir iştirakını rədd edərək, ABŞ-ın İraq qüvvələrinə hava hücumlarını beynəlxalq hüquqa zidd dəyərləndirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Məcid Təxti Rəvançi bu məktubda ABŞ-ın Suriya-İraq sərhədində İraq qüvvələrinə hücumunu kəskin şəkildə qınayıb və bu hücumların regionda gərginliyi artırdığını və terror qruplarından başqa heç kimə fayda verməyəcəyini bildirib.
Təxti Rəvançi, həmçinin ABŞ nümayəndiliyinin, bu ölkənin İraqdakı bazalarına edilən hücumların İran tərəfindən dəstəklənən qüvvələrə mənsub etməsi iddiasına toxunaraq deyib: "ABŞ İranı, İraqdakı qeyri-hökumət döyüşçüləri" dəstəkləməkdə günahlandırmağa çalışır, lakin bu ittiham keçmişdə olduğu kimi qətiyyətlə rədd edilir".