“İran ABŞ-ın nüvə sazişindəki öhdəliklərinə qayıtmasını gözləməyəcək”

“İran ABŞ-ın nüvə sazişindəki öhdəliklərinə qayıtmasını gözləməyəcək”

İran xarici işlər nazirinin sözçüsü Nasir Kənani deyib: “İran ABŞ-ın nüvə sazişindəki öhdəliklərinə qayıtmasını gözləməyəcək”.

Az.rasthaber.com xəbər verir ki, İran xarici işlər nazirinin sözçüsü Nasir Kənani sosial media hesabında, İran prezidentinin Özbəkistana səfəri ilə bağlı paylaşım edib.

Kənani paylaşımında bildirib:

"Prezidentin özbək həmkarının dəvəti ilə ikitərəfli görüş keçirmək və ŞƏT-in iclasında iştirak etmək üçün bu ölkəyə səfəri və İranın ŞƏT-ə daimi üzvlüyü ilə bağlı öhdəliyin imzalanması, qonşuluq siyasətinin gücləndirilməsi, onun regional əlaqələrinin dərinləşməsi və çoxtərəfliliyi baxımından mühüm hadisədir.

İran xarici siyasətində strateji məqsədlərini reallaşdırmaqda və xarici əlaqələrini genişləndirməkdə dinamik, ağıllı və balanslı şəkildə hərəkət edir.

İran Vyana danışıqlarına sadiq olsa da, ABŞ-ın nüvə sazişindəki öhdəliklərinə qayıtmasını gözləməyəcək".

Xəbəri paylaş

VİDEOLAR